Lənkəran şəhərinə yağan qarın hündürlüyü 50 sm-ə çatır.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saatlarından yağan qar Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan vurub.
Ötən gecədən bu saata kimi şəhər ərazisində elektrik enerjisinin verilişi dayanıb. Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Hazırda rayon ərazisində qarın yağması davam edir.




Şərhlər
Niyə ölkə özbaşına qalıb?Külək əsdi vay,qar yağdı vay,sel gəldi vay!Bəs Prezident aparatı,İcra başçıları,nazirlər,rəislər yalnız rüşvət,büdcə oğurluğu,korrupsiya üçündür?