Menu

İŞİD yenidən hücuma keçdi

29.11.2014, 20:59
İŞİD yenidən hücuma keçdi

Qruplaşma Kobanidə bomba yüklü avtomobillərlə partlayışlar həyata keçirib

İŞİD terror qruplaşması Kobanidə 4 terror hücumu həyata keçirib.

ANS PRESS-in məlumatına görə, şəhərin yeganə sərhəd qapısına təşkil olunan hücumlar bomba yüklü avtomobillərlə həyata keçirilib.

Kobanini müdafiə edən kürd yaraqlılarının verdikləri itkilər barədə məlumat açıqlanmayıb.

"Anadolu" agentliyinin məlumatına görə, hazırda İŞİD-lə peşmərgə qüvvələri arasında şiddətli döyüşlər gedir. Azas Suriya Ordusunun peşmergeyə dəstəyi fonunda İŞİD-in hücumlarının qarşısı alındığı bildirilir.

Qeyd edək ki, kürd yaraqlılar Kobaninin 90 faizinə nəzarət etdiyini bildirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol