Menu

Tanınmış teleaparıcı qəzaya düşdü - FOTO

14.01.2024, 16:56
Tanınmış teleaparıcı qəzaya düşdü - FOTO

Jurnalist Elvin Basqallı ailəsi ilə birgə qəzaya düşüb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat yayıb.

Qeyd olunur ki, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşıb.

Qəza zamanı Elvinlə yanaşı oğlu, anası və qardaşı da avtomobildə olub. Onların vəziyyətləri haqda məlumat verilmir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol