Menu

“Nazirlərin Vaşinqtonda görüşməsi barədə razılaşma yoxdur” – Erməni səfir

15.01.2024, 12:43
“Nazirlərin Vaşinqtonda görüşməsi barədə razılaşma yoxdur” – Erməni səfir

“Hazırda Azərbaycanla Ermənistan arasında xarici işlər nazirlərinin Vaşinqtonda görüşü ilə bağlı razılıq yoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts bildirib. 

“Ötən həftə ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanda olub və o, Vaşinqtonda sülh danışıqlarının keçirilməsi imkanlarını da müzakirə edib. Hazırda heç bir aydınlıq, razılaşma yoxdur”, - deyə, səfir bildirib.

Luis Bono İrəvandan sonra Bakıya gəlməyib. Vaşinqton bunun səbəbini rəsmi şəkildə izah etməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol