Menu

Rövnəq Abdullayevə nə olub? - Səhhəti ilə bağlı açıqlama

15.01.2024, 13:02
Rövnəq Abdullayevə nə olub? - Səhhəti ilə bağlı açıqlama

Bir neçə gün öncə AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yarandığı barədə məlumat yayılmışdı. Məlumata əsasən, bu səbəblə AFFA-nın İcraiyyə Komitəsinin yanvarın 11-də Gəncədə keçirilməli olan iclası və futbol akademiyasının açılışı təxirə salınmışdı.

Rövnəq Abdullayevin son durumu ilə maraqlanmaq üçün AFFA-nın mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxladıq.

MEMMEDLİ.jpg (78 KB)

Sözçü musavat.com-a açıqlamasında bildirdi ki, Rövnəq Abdullayev hazırda özünü yaxşı hiss edir: “Soyuqdəymə, qrip idi. Digər insanlar yoluxmasın deyə iclas və futbol akademiyasının açılışı təxirə salındı. İclas və akademiyanın açılış tarixi dəqiqləşən kimi rəsmi sayt vasitəsilə bu barədə məlumat veriləcək”.

Şərhlər

Veteran 2024-01-15 16:48:40

Pahoo.Dünya boş qalacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol