Menu

Trampla Bayden arasında böyük “uçurum” - Hazırkı Prezident son 15 ilin ən pis nəticəsini göstərir

15.01.2024, 14:19
Trampla Bayden arasında böyük “uçurum” -  Hazırkı Prezident son 15 ilin ən pis nəticəsini göstərir

ABŞ-də prezident seçkisi kampaniyası öncəsi Donald Tramp əsas populyarlıq göstəricilərinə görə bütün respublikaçı rəqiblərini qabaqlayır. Eyni zamanda, Prezident Co Baydenin reytinqi son 15 ilin ən aşağı səviyyəsinə düşüb. 

“AzPolitika.info” xəbər verir ki, “ABC News”-un məlumatında belə deyilir.

Keçirilən son sorğunun nəticələrinə görə, respublikaçıların 72%-i Trampı Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi görmək istəyir. Eyni zamanda, Demokrat Partiyasına rəğbət bəsləyənlərin yalnız 57%-i Baydenin namizəd olmasına tərəfdardır.

Tramp respublikaçılar tərəfindən üç meyar üzrə xüsusilə yüksək qiymətləndirilir: noyabrda qalib gəlmək üçün ən yaxşı şans, güclü lider və partiyanın ən uyğun namizədi.

Donald Tramp respublikaçı rəqiblərini də üstələyir. Hər on respublikaçıdan yeddisi Trampın fəaliyyətini müsbət qiymətləndirir. Sorğu göstərir ki, respublikaçıların 72%-i Trampın namizəd olmasından razıdır. 

Digər namizədlər daha aşağı nəticə göstərib: Nikki Heyli - 48%; Vivek Ramasvami - 44%; Kris Kristi (namizədliyini geri götürüb) – 23%.

Bu arada, demokratlar arasında 57% Co Baydenin partiya namizədliyindən razı qalacaq ki, bu da onun ümumilikdə iqtisadiyyat və immiqrasiya kimi məsələlər üzrə zəif reytinqlərini əks etdirir.

Xatırladaq ki, iki ştatda - Kolorado və Mendə Trampa praymerizdə iştirak etmək qadağan edilib. Ancaq Ali Məhkəmə Trampın Kolorado məhkəməsinin qərarından şikayətinə baxmağa razılıq verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol