Menu

“Abzas media” işi: Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib

15.01.2024, 17:22
“Abzas media” işi: Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib

Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova haqqında qərar qəbul edib.

“Report”un məlumatına görə, Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər

Azərbaycanlı 2024-01-15 17:51:00

Ayə bəsdirin də insaniyyətliyi yaddan çıxarmısınız. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol