Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində daha bir PKK üzvünü məhv edib.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat nəticəsində “Şervan Halep” kod adlı terrorçu Həsən Cihad Bəkir zərərsizləşdirilib.
Məlumata görə, Həsən Cihad Bəkir 1993-cü ildə PKK “lideri” Abdullah Öcalanın yaxın mühafizəçilərindən olub. O, Dəməşqdə şəxsən Öcalanın özündən ideoloji təhsil alıb. Terrorçu 2008-2012-ci illərdə Tunceli, Bingöl, Ərzincan və Qara dənizin çöl ərazilərinə sızaraq çoxlu sayda əsgər və polisin şəhid olduğu hücumlara rəhbərlik edib. Terrorçu Bəkir 2013-cü ildə Tunceli çölündən bir qrupla İraqın şimalındakı sığınacaq bölgələrinə köçüb. O, 2018-ci ildən bəri PKK-YPG sıralarında rəhbər səviyyəsində fəaliyyət göstərib
Terrorçunun Türkiyə sərhədləri daxilində bir çox bölgədə qanlı hücumlar planlaşdırdığı üçün 30 ildir axtarışda olduğu bildirilir.
“AzPolitika.info”


Şərhlər