“İlin əvvəlindən Bakıda yerləşən Cəzaçəkmə Müəssisələrində 6 məhbus xəstəlikdən dünyasını dəyişib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova “Facebook” səhifəsində məlumat verib.
Vəkil həmin şəxslərin adlarını və vəfat etdikləri tarixləri də yazıb:
Qurban Rəcəbov, 15 yanvar;
Qüdrət Abdullayev, 12 yanvar;
Kərəm Mövsümov, 8 yanvar;
Fikrət Həbibov, 7 yanvar;
Kamil Nəzərli, 6 yanvar;
Elmar Musayev, 3 yanvar.
“Bu insanlar Cəzaçəkmə Müəssisəsində hansı xəstəliklərdən dünyalarını dəyişiblər? Niyə vaxtında və keyfiyyətli tibbi yardım almayıblar?Ölümcül xəstəlikdirsə, niyə vaxtında əvvəl azad olmaları üçün tədbir görülməyib?” – deyə, Z.Sadıqova suallar ünvanlayıb.
Qeyd edək ki, “AzPolitika.info” vəkilin yaydığı məlumatla bağlı Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə müvafiq sorğu ünvanlayıb.
“AzPolitika.info”


Şərhlər