Menu

Hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statuslu şəxslərlə bağlı qərar

16.01.2024, 16:11
Hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statuslu şəxslərlə bağlı qərar

Aylıq müavinət müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bundan əvvəl səfərbərlikdən yayınanlara bu müavinət şamil edilməyib.

Qeyd edək ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir.

Şərhlər

Valeh 2024-01-16 17:37:12

Bəs hərbi xidmərdən boyun qaçıran və ya fiktiv yollarla xidmətdən yayınan oliqatxların,icta başçılarını,deputatların,Nazirlərin,vəzifəli şəxslərin evladları barədə nə zaman qərar olacaq?n
Hərbi xidmət yalnız kasıblar üçündür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol