Menu

FYəmən sahillərində daha bir yük gəmisi raketlə vurulub

16.01.2024, 17:03
FYəmən sahillərində daha bir yük gəmisi raketlə vurulub

“Ambrey” şirkəti Yəmən sahillərində yük gəmisinin raketlə vurulduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Yəmən sahillərində Malta bayrağı altında üzən “Zoqarafiya” yük gəmisi hücuma məruz qalıb.

Dəniz təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış “Ambrey” şirkətinin məlumatına görə, raketlə vurulan gəmi cüzi ziyan görüb. Gəmiyə hücum barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) də məlumat verib.

"UKMTO Yəmənin Salif limanından təxminən 100 dəniz mili şimal-qərbində baş verən insident barədə məlumat alıb", - mərkəz bildirib.

Ambreyin sözlərinə görə, gəmi Yəmən limanından 76 dəniz mili şimal-qərbdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol