Pakistan İranı onun hava məkanını və suverenliyini pozmaqda ittiham edib.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, dünən İran səfiri ölkə ərazisinin atəşə tutulması ilə bağlı Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin bəyanatına görə, bu insident ciddi nəticələrə səbəb ola bilər.
Xatırladaq ki, İran Hərbi Hava Qüvvələri Pakistanın Bəlucistan əyalətində “Ceyş əl-Ədl” terrorçularının iki bazasına raket və PUA hücumu həyata keçirib.
“AzPolitika.info”


Şərhlər