Qətər və Fransa vasitəçiliyi ilə işğalçı İsrail rejimi və HƏMAS arasında Qəzzada mülki vətəndaşlara və girov götürülən 45 nəfərə yardım və dərman çatdırılması ilə bağlı razılıq əldə olunub.
“AzPolitika.info” “Röyter” agentliyinə istinadla xəbər verir ki, razılaşmaya görə, Qətər Qəzza zolağındakı israilli məhbuslara lazımi dərmanların verilməsi müqabilində mülki şəxslərə humanitar yardımın çatdırılacağını açıqlayıb. Yardımın həcmi barədə məlumat verilmir.
Bu gün humanitar yardım Qətərdən Misirə çatacaq, daha sonra Rəfah keçid məntəqəsi vasitəsilə Qəzzəyə daşınacaq.
Netanyahunun ofisi bildirib ki, Qətər Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə çərşənbə günü İsrailin təqdim etdiyi siyahıyaəsasən Fransadan satın alınan dərmanları daşıyaraq Misirə gələcək.
Girov götürülən 45 nəfərin hər birinə bir neçə ay müddətinə tibbi paket veriləcək. Beynəlxalq Qırmızı Xaç Komitəsi bağlamaların paylanmasını yerində tənzimləyəcək.
“AzPolitika.info”


Şərhlər