Menu

““F-16” qırıcılarının döyüş meydanındakı vəziyyəti dəyişdirəcəyini düşünmürəm” – Ukraynalı ekspert

17.01.2024, 12:42
““F-16” qırıcılarının döyüş meydanındakı vəziyyəti dəyişdirəcəyini düşünmürəm” – Ukraynalı ekspert

“Ukrayna Silahlı Qüvvələri hazırda “F-16” qırıcıları və uzaqmənzilli “ATACMS” raketləri istisna olmaqla, Qərbin təmin edə biləcəyi bütün silah növlərinə malikdir. Ancaq müharibənin gedişatını dəyişəcək əsas şey bu nümunələr deyil, onların sayıdır. İndi yalnız kütləvi şəkildə silahdan istifadə cəbhədə nəyisə dəyişə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri ukraynalı hərbi ekspert Mixail Jiroxov “Obozrevatel” nəşrinə müsahibəsində bildirib.

“Mən “F-16” qırıcılarının döyüş meydanındakı vəziyyəti dəyişdirəcəyini düşünmürəm. Əminəm ki, indi bizdə maksimum silah çeşidi var, yeganə sual onların sayı ilə bağlıdır. Məsələn, bizdə qanadlı raketlərdən - “Scalp”, “Storm” var. “HIMARS”-a gəlincə, bəli, bizim kifayət qədər buraxılış qurğularımız var, lakin kifayət sayda raketlərimiz yoxdur. Bizə sadəcə daha çox raket lazımdır. Düşünürəm ki, Qərb öz müdafiəsini azaltmadan bizə verə biləcəyinin maksimumunu verib”, - deyə o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol