Menu

"Fələstin xalqını təmsil edəcək hökumətin qurulması vacibdir" - Antoni Blinken

17.01.2024, 15:22
"Fələstin xalqını təmsil edəcək hökumətin qurulması vacibdir" - Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken Fələstin xalqının hüquqlarını təmsil edəcək hökumətin qurulmasının vacibliyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, Dünya İqtisadi Forumunda danışıb.

A.Blinken İsrailin bu mövzuda Fələstin hökumətinə yardım etməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

"İnsanlara istədiklərini verən və təsirli olması üçün İsraillə birlikdə çalışan Fələstin dövlətidir", - o söyləyib.

Dövlət katibi Qəzzada vəziyyətin ürəkağrıcı olduğunu bildirib:

"Qəzzada hər gün gördüklərimiz ürəkağrıdıcıdır. İnsan əzabları ürəyimi parçalayır".

Şərhlər

Bəhrami 2024-01-17 22:49:22

Tükənən dünyanın sabahkı gələcəyi üçün ABŞ Dövlət Katibi Cənab Antoni Blinkendən Vəhşi-Hərbi həllərdən Hüquqi Sülh Diplomatiyasına dönüş marşı!? Filistin dövləti 75 ildən sonra bir daha müstəqilcə dünya cəmiyyətlərinə sırasına qoşulacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol