Menu

“Hizbullah”ın nüfuzlu şəxslərindən biri ölüb

17.01.2024, 16:15
“Hizbullah”ın nüfuzlu şəxslərindən biri ölüb

Livanın “Hizbullah” siyasi-hərbi qruplaşmasının nüfuzlu şəxslərindən biri, “Zülfiqar” təxəllüslü Rəşid Məhəmməd Şaqlilya ölüb.

“Report” xəbər verir ki, bu barədə qruplaşmanın lideri Həsən Nəsrullahın “X” sosial şəbəkədəki səhifəsində bildirilib.

İnformasiyaya əsasən, onun ölümünün səbəbi və şəraiti barədə məlumat yayılmayıb. Onun ölümü barədə məlumatda yalnız “Qüds yolunda şəhid oldu”, deyə bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol