Menu

Paytaxtda 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 1 nəfər işdən çıxarılıb

17.01.2024, 16:59
Paytaxtda 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 1 nəfər işdən çıxarılıb

Keçən il Bakıda şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.

APA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol