Menu

Türkiyədə bütün şəhər “duman dənizi”nin altında qaldı - FOTOLAR

17.01.2024, 23:11
Türkiyədə bütün şəhər “duman dənizi”nin altında qaldı - FOTOLAR

Türkiyənin Kocaeli şəhərini “duman dənizi” bürüyüb. Havanın temperaturunun 11 dərəcə olduğu şəhəri qatı duman bürüyüb. Bütün şəhərə yayılan duman nəticəsində görmə məsafəsi azalıb.

Samanlı dağlarının 1 640 metr yüksəklikdəki zirvəsi Kartepeyə getmək istəyənlər dumanın içindən keçərək bölgəyə çatıblar. Dağların ətəklərinə baxanlar qarlı zirvələrin arxasındakı İzmit körfəzi və Sapanca gölünün “duman dənizi” ilə örtüldüyünü görüblər.

Sakinlər bu əsrarəngiz mənzərəni lentə alıblar.

Mənbə: Anadolu

Şərhlər

ƏNHU 2024-01-17 23:52:14

SANKİ MƏLƏKLƏR TÜRKİYƏNİ QANADLARI ALTINA ALIIB. YAXŞI ƏLAMƏTƏ OXŞAYIR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol