Menu

Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır - Nazirlik

18.01.2024, 00:52
Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır - Nazirlik

Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır.

Bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən bildirilib.

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.

“FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub. Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Şərhlər

Təhsil Nazirinə 2024-01-18 12:01:57

Kül baçna belə nazirliyin.Onlar hələ analamayıblar ki.TN-nin yataqxanalarının hamısı 30 ilsir köçkünlərə verilib.tələbələr kbartirant kimi şəraitsiz evlərdə pulla qalmağa məhkum ediliblər.Bu illərdə isə nazirlik yaraqxana tikintisi barədə heç bir addım atmayb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol