Menu

Bakıda hamilə qadın dəm qazından boğularaq ölüb

18.01.2024, 09:20
Bakıda hamilə qadın dəm qazından boğularaq ölüb

Bakının Sabunçu rayonunda qadın hamam otağında dəm qazından boğulub.

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Məmmədova Səmayə Xalid qızı evin hamam otağında dəm qazından boğulub.

O xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, ölən qadın hamilə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol