Menu

Azərbaycan Prezidenti ABŞ-nin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

18.01.2024, 11:49
Azərbaycan Prezidenti ABŞ-nin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, ABŞ Senatı 2023-cü il noyabrın 9-da Mark Libbinin namizədliyini təsdiqləyib və dekabrın 4-də o, Bakıya gəlib. Mark Libbi nazir müşaviri rütbəsinə malikdir və polyak və fransız dillərini bilir. 2021-ci ilin iyun ayına qədər o, ABŞ-ın Avropa İttifaqı yanında missiyasının rəhbər müavini və müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol