Məlum olduğu kimi, Fransa Senatı yanvarın 17-də növbəti dəfə Azərbaycanın əleyhinə qərəzli qətnamə qəbul edib.
Ötən ilin 19-20 sentyabr tarixlərində şanlı Azərbaycan ordusunun Qarabağda erməni silahlı terrorçu dəstələrinin və işğalçı Ermənistan ordusunun qalıqlarının təmizlənməsi üçün həyata keçirdiyi antiterror əməiyyatını “pisləyən”, ermənidən çox ermənilik edən, türk düşməni olan Fransa parlamentinin təmsiçiləri İrəvana hərbi dəstək verməyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Polad Mehdiyev hesab edir ki, Fransa Senatının qəbul etdiyi qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur. Hüquqşünas reallıqların tam fərqli olduğunu deyir:
“-BMT qətnamələrinə baxmayaraq Azərbaycan ərziləri 30 il işğalda qalıb;
-Azərbaycan beynəlxalq hüquqla, hətta Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz suverenliyini bərpa edib;
-Ermənistan 30 il ərzində Azərbaycana qarşı beynəlxalq hüququn bütün norma və prinsiplərini aşkar surətdə və qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayətlər törədib;
-Xalqımıza qarşı beynəlxalq cinayət hüququ və Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri( təcavüz, genosid, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s) törədilib və bunlara görə heç bir hüquqi məsuliyyətə cəlb edilməyib;
-Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarızın 20 % ermənilər tərəfində 30 il işğalda saxlanılıb, çoxlu sayda terror əməlləri törədilib və azərbaycanlılar soyqrma məruz qalıb;
-Azərbaycan tarixinin heç bir dövründə heç bir etnik qrupa qarşı etnik təmizləmə həyata keçirməyib, əsl etnik təmizləmə 1987-1991 ci illərdə Ermənistan ərzisindən 250 mindən çox azərbaycalı deportasiya edilərkən ermənilər tərəfindən həyata keçirilib”.
P.Mehdiyev hesab edir ki, Senatın qətnaməsi Fransanın Azərbaycana qarşı olan ardıcıl qərəzli siyasətinin davamıdır: “Sənəd Azərbaycan Ermənistan arasında gedən sülh danışıqlarının əleyhinə, Cənubi Qafqazın sabitliyinə və daha yaxşı gələcəyinə qarşı yönəlib. Görsənən odur ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Fransanın maraqlarına uyğun gəlmir. Hesab edirəm ki, Azərbaycan bölgədəki maraqları, Ermənistanla münasibətlər və sülh gündəliyi ilə bağlı mövqelərində güzəştsiz olmalıdır. Kimliyindən aslı olmayaraq adekvat reaksiya göstərməlidir”.
Hüquqşünas hesab edir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin Fransa Senatının sözgedən qətnaməsi ilə bağlı qəbul etdiyi bəyanat kifayət qədər adekvatdır.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər