Menu

“Başa düşürük ki, bölgədə çoxlu oyunçu var...” – Qaribaşvili Gürcüstanın vasitəçiliyin niyə baş tutmadığını açıqladı

18.01.2024, 17:42
“Başa düşürük ki, bölgədə çoxlu oyunçu var...” – Qaribaşvili Gürcüstanın vasitəçiliyin niyə baş tutmadığını açıqladı

“Gürcüstanın qonşu dövlətlərlə, Azərbaycan və Ermənistanla çox sıx əlaqələri və tərəfdaşlığı var, onlar bizim qardaşımız və dostlarımızdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda deyib.

Baş nazir Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası barədə danışarkən iki il əvvəl vasitəçilik etməyə cəhd etdiyini xatırladıb: “Azərbaycan 15 məhbusu azad edəndə, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəndə biz uğurlu ilk vasitəçilik etdik. Bu, uğurlu cəhd idi. Amma bu çox çətin vəziyyətdir. Başa düşürük ki, bu bölgədə çoxlu oyunçu var. Onu da əlavə edim ki, Azərbaycan və Ermənistan liderlərinin bir-biri ilə ikitərəfli səviyyədə əlaqələr qurmaq istədiklərini bilirəm. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər vasitəçi ilə, bu qədər maraqlı tərəflə proses bəzən daha konfliktli və əks-məhsuldar xarakter alır. Ona görə də onlara uğurlar arzulayıram. Mən həqiqətən ümid edirəm ki, onlar tezliklə bir həll yolu tapacaq və sülh sazişi imzalayacaqlar”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol