Menu

Rusiya nüvə şantajını davam etdirir – Zaporojye AES yenidən minalanıb

20.01.2024, 14:28
Rusiya nüvə şantajını davam etdirir – Zaporojye AES yenidən minalanıb

“Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını yenidən minalayıb”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə təşkilatın yeni hesabatında deyilir.

"Zaporojye AES-in perimetri boyunca, obyektin daxili və xarici hasarları arasındakı bufer zonada əvvəllər MAQATE komandası tərəfindən aşkar edilmiş və 2023-cü ilin noyabrında sökülən minalar indi öz yerindədir. Bu qapalı ərazidir, zavodun əməliyyat işçiləri üçün əlçatmazdır”, - deyə təşkilatdan bildirilib.

MAQATE-nin baş direktoru Rafael Qrossinin hazırladığı hesabatda həmçinin qeyd olunub ki, stansiya bu həftə bir neçə saat ehtiyat enerjisiz qalıb ki, bu da nüvə təhlükəsizliyi üçün riskləri artıran bir sıra insidentlərdən biridir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol