ŞAGİRDİ DÖYƏN İDARƏ MÜDİRİ HƏBS EDİLİB - Nə qədər rüşvət yığdığı açıqlandı (Yenilənib)

Baş Prokurorluq Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin həbsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, 2017-2022-ci illərdə Quba Rayon Təhsil şöbəsinin müdiri (hazırda ləğv olunub) və 27 noyabr 2023-cü il tarixinədək Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qeyd olunub ki, R.Hacıyevin işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında R.Hacıyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs edilib.

APA xəbər verir ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, rüşvət almaqda təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci ( rüşvət almaq) maddəsi ilə ittiham verilib. Müstəntiqin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir müddət əvvəl Rüfət Hacıyev 9-cu sinif şagirdini döydüyünə dair məlumat yayılmışdı. Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanmış hadisə ilə bağlı yayılan məlumatda bildirilmişdi ki, təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

635x100

Şərhlər

dadaşyev 2024-01-24 13:22:32

Qəribədir ki,bizdə adamlar ta qədim zamanlardan vəzifə görən kimi çaşırlar.Xandəmirova vəzifə verdilər,çaldı çapdı mahalı,o ki var tutdu özün keçəl qurumsaq.Ruhulla Axundova vəzifə verdilər,Moskva-Xarkov qatarının restoranında pərdəni örtmək üstündə bir şoferi şillələdi ki,bilirsən mən kiməm,MK üzvüyəm.Naxırçı İmanı revkom sədri elədilər,əvvəl Məşədi Cəmili göndərdi o dünyaya,sonra da Kərbəlayı Məmmədə ilişib zirzəmisindəki halalca un kisələrini daşıtdırdı,baxmayaraq ki bolşeviklər gələnə qədər dədəsi elə Kərbəlayının süfrəsinin artıqları ilə aclıqdan qurtulmuşdu.Adi kəndçilərdən biri olan Xudayarı Danabaş kəndinə kəndxuda təyin edib Xudayar bəy elədilər,qamçısını hərlədə-hərlədə camaatın anadan əmdiyi südü burnundan gətirdi.İndi də bu.Regional təhsil müdiri elədilər,o boyda var-dövləti olduğundan elə çaşdı ki məktəbdəcə tutub xalxın uşağını döydü.Şirin Zərdablı sağ olsaydı deyərdi, nədəndi ay nədəndi,hamısı zəmanədəndi.Amma ay rəhmətlik kişi,zəmanənin nə dəxli var?Yaponlar da,almanlar da,ingilislər də,ispanlar da,bax elə bu qonşuluğumuzda qaişnikləri rüşvət almayan gürcülər də bizimlə eyni zəmanədə yaşamırlarmı?Onlar niyə adam kimidirlər?Biz isə, “Yeddi oğul istərəm”dəki Zalımoğlu demiş,belə birtəhərik ee.Özümüz də bilmirik nəyik,kimik,necəyik,amma bir onu bilirik ki,birtəhərik və heç cür də düzələn təhərimiz yoxdu.

Mubariz 2024-01-22 13:34:17

Xaricdə bir ildə iki Unverisitet qurtarıb ,təzə , gənc ,beş-altı dil bilən « savadlı» kadr belə iş tutmaz ,böhtan atırsız .Birdə ki , o pul heç bir xarici maşın pulu etmir , yenicə siftə edirmiş ,qonşu paxıl olmasa kor qız ərə gedərdi , Yüz dəfə sınanıb bir manat alarsan həbsə gedərsən - bir milyon qaparsan vəzifəni artırarlar

pensioner 2024-01-22 12:37:20

İnanaq?

Roma 2024-01-22 12:00:45

Aydın adı ilə yazana: Sizinlə tamamilə razıyam, Regional Təhsil İdarəsinin (şöbəsinin yox) müdürünün, 9-cu sinif şagirdini döyməsi çox təəccüblüdür. Əgər bu həqiqətdirsə o müdür pedaqoq deyil və tutduğu vəzifəyə uyğun deyil...

Vəli 2024-01-22 11:59:36

53 min? Bu məbləği bunlar bir aya yığırlar. Əvvəllər icra başçıları yığırdı, indi də region rəisləri yığır. Dəyişən təkcə rüşvəti kimin yığması, kimin cibinə getməsidir.

Prezidentini sevən 2024-01-21 21:26:53

Şəki əldən gedib ? Nə üçün belə tədbirlər Şəki üçün görülmür ? Başçı elxan Usubov 13 ildir ki, başçılıq edir. Onun birinci müavini həsən Həsənov düz 26 ildir ki, birinci müavin vəzifəsini zəbt edib. zərinə Cavadova düz 20 ildir ki, müavin vəzifəsində işləyir. rəfail Mənov 30 ilə yaxındır Ərazi İdarə Etmə şöbəsinin müdir vəzifəsində işləyir, həyat yoldaşıda Bağçanın müdiridir. Bu rayonda inkişaf olarmı ?

dadaşyev 2024-01-21 14:38:27

Hansı məmur ki rüşvət üstündə tutulmayıb, ən usta rüşvətxor odur. Necə ki hansı arvad deyirsə ki mənim ərim bir başqasına gözünün ucuyla da baxan deyil,demək ən axmaq arvad odu ki,bu vaxtacan hələ ərini cinayət başında yaxalaya bilməyib bu internet və işverənlik əsrində, çünki gəzməyən kişi yoxdu, gəzdiyini ustalıqla gizlədə bilən kişi vardır ki,belələri 4X4 –dü, yəni dörd təkəri də ayrı-ayrı elə qıjıldadıb çıxırlar hər bir məyəldən, bataqlıqdan ki üstlərinə toz belə qonmur,aydan arı sudan duru olurlar..Oçko yəni,21. Vuranda da düz onluğa vurarlar,necə ki meşədə armudun yaxşısını çaqqal yeyər. Rüşvət almaq da eləcə yəni.Almayan məmur yoxdu, ustalıqla ala bilən məmur vardır.

Məmməd 2024-01-21 09:48:37

Guya başqa region rəhbərləri bundan yaxşıdır. Əsla. Təhsil nazirliyi kadr seçəndə nəyi prioritet götürdüyü hamıya bəllidir. Ümumiyyətlə tək təhsil sahəsində deyil bütün sahələrdə eyni vəziyyətdir və regionlaşma məsələsi də belə biyabırçı hallara "kömək" etdi.

Aydın 2024-01-20 19:24:24

Maraqlıdır.Təhsil şöbəsinin müdirinin hansısa məktəb şagirdi ilə nə münasibəti ola bilər? Əvvəlcə buna aydınlıq gətirilməlidir.Məlumatı oxuyan şəxs bu haqda nə düşünə bilər?Yarımçıq məlumat verənin məqsədi nədir?

Son yazılar