"Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməsi 30 il əvvəl ABŞ Konqresinin erməni lobbisinin təzyiqi ilə qəbul edilmiş 907 saylı düzəlişi xatırladır".
"AzPolitika.info" xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus bildirib.
"Bütün bu illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, ATƏT-in keçmiş Minsk Qrupunun üzvü olan Rusiya, ABŞ və Fransanın da lehinə səs verdiyi 4 qətnaməyə arxalanaraq öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edərək, son nəticədə təmin edib", - o əlavə edib.
Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra Minsk Qrupunu tarixin arxivinə göndərdiyini xatırladan təhlilçi hesab edir ki, bu qələbə ilə Cənubi Qafqazda, ümumiyyətlə regionda əsas oyunçu kimi əhəmiyyətli rolunu artıran Azərbaycan diplomatiyası dünyadakı mövcud siyasi vəziyyəti nəzərə alaraq, addımlar atmalıdır: "Şübhə etmirəm ki, Fransa Senatının indiki anti-Azərbaycan qərarı da tarixin zibil qutusuna düşəcək. Şərqdə deyirlər: “Yalnız müdafiə olunsan, qalib gələ bilməzsən, qalib gəlmək üçün hücuma keçmək lazımdır”.
"AzPolitika.info"


Şərhlər