Menu

Slovakiya da Ukraynanın NATO və AB üzvlüyünə veto qoyacaq - "Kiyev güzəştə getməlidir"

22.01.2024, 17:10
Slovakiya da Ukraynanın NATO və AB üzvlüyünə veto qoyacaq - "Kiyev güzəştə getməlidir"

Slovakiya Ukraynanın NATO üzvlüyünə veto qoyacaq. 

«AzPolitika.info” xəbər verir ki, bunu ölkənin Baş naziri Robert Fiko “Slovak Radiosu”nun efirində bildirib. O, qeyd edib ki, yanvarın 24-də Ujqorodda Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşdə üçüncü dünya müharibəsi təhlükəsi səbəbindən Ukraynanın mümkün NATO üzvlüyünə veto qoyacağını deyəcək.

Fiko vurğiulayıb ki, müharibəni bitirmək üçün güzəştə getmək istisna edilməməlidir.

“Bəs Ukrayna nəyi gözləyir? Rusiya qoşunları Krımdan, Donbassdan və Luqanskdan çıxarılacaqmı? Bu qeyri-realdır", - Fiko əlavə edib.

Slovakiyanın Baş naziri Şmıqala Bratislavadan alınan humanitar yardımların siyahısını təqdim etməyi və Ukraynaya hər hansı silahın verməkdən imtinanı təsdiq etməyi planlaşdırır.

Fiko həmçinin bildirib ki, Ukraynanın Aİ-yə daxil olmaq istəyinə hörmətlə yanaşır. Lakin heç bir tələblərə tam cavab verməyən ölkə Aİ-yə daxil ola bilməz.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol