Menu

Hacıqabulda yük maşınları toqquşub - Ölən və xəsarət alan var

23.01.2024, 00:08
Hacıqabulda yük maşınları toqquşub - Ölən və xəsarət alan var

Hacıqabulda ağır yol qəzası zamanı 1 nəfər ölüb, daha bir nəfər yaralanıb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.

Belə ki, “KamAZ” digər yük maşını ilə toqquşub. Qəza nəticəsində Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Tahirli Nurlan İlham oğlu hadisə yerində ölub, daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir - red) xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol