Menu

"İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir" - Rəisi

24.01.2024, 22:47
"İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir" - Rəisi

Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşkilatları Qərbin dəstəyi ilə mövcuddur.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə İran Prezidenti İbrahim Rəisi Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir. İ.Rəisi, həmçinin Fələstin məsələsinə toxunaraq, bütün dünyanın İsrailə təzyiq etməli olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol