Menu

Rusiyada qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su tapılıb

25.01.2024, 12:02
Rusiyada qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su tapılıb

Ötən gün Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin hər iki "qara qutu"su tapılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qutular texniki baxımdan yaxşı vəziyyətdədir.

Kremlin sözçüsü Dmitri Peskov isə qəza ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edib: "Buna ehtiyac var".

Xatırladaq ki, təyyarə qəzası nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Rusiya tərəfinin məlumatına görə, təyyarədə ukraynalı hərbi əsirlər aparılırmış.

Şərhlər

Anar 2024-01-25 12:53:28

Rusiya yaxşı tələ qurub, deyəsən. Ukrayna kəşfiyyatçılarına təyyarədə guya S 300 raketləri daşındığı imitasiyasını ötürüb və onları aldada bilib.
Ancaq, dünən deyirdilər ki, 75 nəfərlik cəsəd yoxdur ortada.
İndi, Peskovun beynəlxalq araşdırma başlanmasını tələb etməsi tələyə salınan Ukraynanın xalq arasında və beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurmaq məqsədi daşıyır. Bu onu sübut edir ki, Rusiya heç də zəif rəqib deyil, onu heç də kiçik görmək olmaz...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol