Menu

Macarıstan İsveçin NATO üzvlüyünü ləngidir – Spiker “növbədənkənar iclas olmayacaq” deyir

25.01.2024, 15:21
Macarıstan İsveçin NATO üzvlüyünü ləngidir – Spiker “növbədənkənar iclas olmayacaq” deyir

Macarıstan parlamentinin spikeri Laslo Kyover İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası məqsədilə parlamentin növbədənkənar sessiyasını çağırmayacağını açıqlayıb.

Onun sözlərinə görə, müxalifət partiyaları sessiya çağırmaq üçün ərizə verməyə cəhd edə bilər, lakin bu, yəqin ki, təmin edilməyəcək.

“Ümumiyyətlə, mən heç bir təcili məsələ görmürəm, hesab edirəm ki, hər hansı fövqəladə vəziyyət yoxdur”, - deyə parlamentin sədri bildirib.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Macarıstan, hazırda parlamenti İsveçin namizədliyinə səs verməmiş yeganə ölkədir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol