Bu müharibə Vladimir Putinin Ukrayna dövlətini tamamilə məhv etmək istəyinə görə başladı və davam edir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Berlində keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, məhz Rusiya dialoqdan tammiqyaslı müharibəyə keçməyə qərar verib.
“2022-ci il fevralın 24-ü ərəfəsində kifayət qədər müzakirə olmadı. Təkcə Minsk və Normandiya formatlarında 200-dən çox görüş keçirildi. Nəticəni hamımız bilirik. Rusiyanın bütün Ukraynaya qəddar və qanunsuz hücumu başladı”,- kansler qeyd edib.
Şolts həmçinin bildirib ki, dünyada heç bir ölkə Ukrayna qədər sülhə can atmır. Kanslerin fikrincə, Putin istənilən vaxt öz qoşunlarını Ukraynadan çıxarmaqla müharibəni dayandıra bilər.
“AzPolitika.info”


Şərhlər