Menu

“Putin artıq Ukraynada döyüşən məhbusları əfv etmir” – Müharibənin sonuna qədər döyüşməyə məcburdurlar...

26.01.2024, 11:26
“Putin artıq Ukraynada döyüşən məhbusları əfv etmir” – Müharibənin sonuna qədər döyüşməyə məcburdurlar...

Rusiya Prezidenti Vladimir Putin artıq Ukraynaya qarşı döyüşmək qərarına gələn məhbusları əfv etməyi dayandırıb. İndi məhbuslarla müharibənin sonuna qədər xitam hüququ olmayan müqavilələr bağlamağa başlayıblar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “BBC” nəşrində yayımlanan materilada bildirilir.

Məlumata görə, hazırda məhbuslar əfv əvəzinə yalnız şərti azadlığa buraxılır və hərbi əməliyyatlar bitənə qədər Ukraynaya göndərilirlər. Nəşr qeyd edir ki, məhbuslarla altı aylıq müqavilələrin bağlanması 2023-cü ilin payızından dayandırılıb.

“Beləliklə, məhbuslar müqaviləli və səfərbərliklə orduya cəlb edilmiş əsgərlərlə eyni şərtlərlə döyüşməyə başlayıblar. Onlar müharibənin sonuna qədər geri qayıda bilməzlər”, - deyə nəşr bildirir.

Qeyd edək ki, bundan əvvəl Rusiya hakimiyyəti əfv ümidi ilə məhbusları Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşməyə cəlb edirdi. Məhbuslar altı aylıq müharibədə iştirak etdikdən sonra əfv olunurdular. Bu sistemlə təxminən 50 min məhbusun müharibəyə cəlb edilduyi, onlardan bəzilərinin sağ qalaraq geri qayıtdığı bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol