Menu

ABŞ-da qaradərili gənci öldürən polis istefa verdi

01.12.2014, 09:34
ABŞ-da qaradərili gənci öldürən polis istefa verdi

Bu ilin avqustunda 18 yaşlı Michael Brownu güllələyib öldürən polis zabiti Darren Wilson polis sıralarından istefa verib.

Bu qətl Amerikada qaradərililərin böyük etirazlarana səbəb olmuşdu. Bu günlərdə isə məhkəmə polis əməkdaşına bəraət verəndən sonra etirazlar yenidən alovlanmış, onlarla şəxs həbs edilmişdi.

Şahidlərin bəziləri gəncin əllərini qaldırdığını, polisə müqavimət göstərmədiyini deyirdi, ancaq andlılar məhkəməsi şahid ifadələrində yanlışlıqlar aşkar edib. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol