Menu

Ombudsman 6 nömrəli məktəbdəki hadisəni nəzarətə götürüb

26.01.2024, 17:28
Ombudsman 6 nömrəli məktəbdəki hadisəni nəzarətə götürüb

Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə zorakılıq hadisəsinin baş verməsi ilə bağlı mediada yayılan məlumat dərhal Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb.

Bu barədə Ombudsman Aparatından APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı Ombudsman Aparatına daxil olmuş müraciətlə əlaqədar aidiyyəti səlahiyyətli dövlət qurumlarına sorğular göndərilib, məktəbin direktoru ilə əlaqə saxlanılıb.

"Hazırda araşdırma davam etdirilir. Nəticəsi barədə müraciət müəllifinə əlavə məlumat veriləcək", - deyə cavabda qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin VII sinif şagirdləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat yayılıb. Bu barədə səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib. Həmçinin VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Şərhlər

Ambudsmana 2024-01-26 17:57:52

Zamannda işləmək lazımdır.Hadisə ba verəndən sonra nəzatərin mənası nədir? Bu oyunbazlıqdır, yalandan biz də varıq deməkdir.bəs bizlərin fəaliyyəti niyə görünmür? Boş yazılar,məkrublar,cavabsız qalan müraciətlərinizin nədən xəbər verdiyini anlayırsınızmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol