Menu

Lloyd Ostinin vəziyyəti açıqlanıb

27.01.2024, 08:18
Lloyd Ostinin vəziyyəti açıqlanıb

ABŞ-nin müdafiə naziri Lloyd Ostinin diaqnozu yaxşıdır və o yaxın vaxtlarda xərçəng xəstəliyindən tam sağalacaq.

APA xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.

“Hazırda nazir müalicə almağa davam edir və sağlamlığının tam bərpası gözlənilir. Proqnoz yaxşıdır” – deyə qeyd edilib.

70 yaşlı generalın yaxın günlərdə işə çıxması gözlənilir.

Yanvarın 1-də Pentaqon rəhbəri adi tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib. Sonradan məlum olub ki, Ostinə prostat xərçəngi diaqnozu qoyulub və əməliyyat olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol