Menu

Məhkəmə Trampla bağlı qərar verdi - Rekord məbləğdə təzminat ödəyəcək

27.01.2024, 12:07
Məhkəmə Trampla bağlı qərar verdi - Rekord məbləğdə təzminat ödəyəcək

ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Nyu-Yorkda E. Jean Carroll adlı qadına qarşı cinsi zorakılıq etməsi ilə bağlı aparılan məhkəmə işi yekunlaşıb.

"AzPolitika.info" xəbər verir ki, Tramp sözügedən iş üzrə təqsirli bilinərək, 83, 3 milyon dollar təzminat ödəməyə məhkum edilib.

Tramp sosial şəbəkə hesabından etdiyi paylaşımda məhkəmənin bu qərarını "cəfəngiyyat" adlandırıb.

"Tam cəfəngiyyatdır. Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura ABŞ deyil”,-deyə o qeyd edib.

Qeyd edək ki, 80 yaşlı jurnal yazıçısı E. Jean Carroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı "Bergdorf Goodman" mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini iddia edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol