Menu

Rusiya Severski və Baxmut istiqamətlərində hücuma hazırlaşır – General Sırski cəbhə bölgəsinə getdi

27.01.2024, 17:01
Rusiya Severski və Baxmut istiqamətlərində hücuma hazırlaşır – General Sırski cəbhə bölgəsinə getdi

Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Ukraynanın şərq cəbhəsinə səfər edib.

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, o, hərbçilər qarşısında bildirib ki, Rusiya ordusu Severski və Baxmut istiqamətlərində hücumun intensivliyini artırır. Sırskinin sözlərinə görə, rus qoşunları Baxmutun şimalında və qərbində Ukrayna müdafiəsini yarmağa və Çasov Yar istiqamətində hücumu inkişaf etdirməyə çalışır.

Sırski qeyd edib ki, Severski istiqamətində Rusiya ordusu hücuma şərait yaratmaq üçün həmlələr edir. Ukrayna Quru Qoşunlarının komandanı onu da bildirib ki, ruslar aktiv artilleriya dəstəyi və hücum qruplarından istifadə edərək Kremennaya-Qriqoryevka istiqamətində hücuma keçməyə çalışır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol