Menu

Azərbaycan hökuməti daha 30 iranlı məhbusu öz ölkələrinə təhvil verir

01.12.2014, 10:36

mehbus-hebsxanaAzərbaycan ölkə həbsxanalarında olan bir sıra İran vətəndaşını öz ölkələrinə təhvil verir.

SalamNews-un IRNA-ya istinadla verdiyi xəbərə görə, təhvil veriləcək 30 iranlı məhbus məhkumluq dövrünün qalan hissəsini öz ölkələrində keçirəcək.

Qeyd edək ki, proses 15 il əvvəl Bakı və Tehran hökumətləri arasında məhkumların köçürülməsi haqqında əldə edilmiş razılaşma əsasında həyata keçirilir.

Məhbusların yaxın günlərdə öz ölkələrinə göndəriləcəkləri bildirilir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol