Menu

Gəncədə avtomobil ağaca çırpılıb, ölənlər var

29.01.2024, 00:07
Gəncədə avtomobil ağaca çırpılıb, ölənlər var

Gəncə şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, qəza Yeni Gəncə qəsəbəsindəki 28 May küçəsində baş verib.

Belə ki, "Lada Priora" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Bayramov Rəşad Elşad oğlu və İmamverdi adlı şəxs dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol