Ukrayna lideri Volodimir Zelenski ordudakı hərbçilərin sayıyla bağlı açıqlama verib.
“AzPolitika.info” xəbər verir ki, Zelenski Ukrayna ordusunda bir milyona yaxın hərbçinin olduğunu bildirib.
“Hazırda 880 min hərbçimiz var. Eyni zamanda, aktiv əmək qabiliyyəti olan 30 milyon vətəndaşımız var”,-deyə o qeyd edib.
Zelenski müharibə səbəbindən Ukraynanı tərk edənlərlə bağlı sualı da cavablandırıb. O, bu sayın dəqiq olmadığını, lakin təxminən 6,5-7,5 milyon insanın Ukraynanı tərk etdiyini bildirib.
“AzPolitika.info”


Şərhlər