Noyabrın 30-da Ukrayna ordusunun bildirdiyinə görə, Rusiyadan Şərqi Ukraynaya Kiyevin icazəsi olmadan 106 avtomobildən ibarət konvoy daxil olub. Hökumət yenə də Moskvanı humanitar yardım adı altında separatçılara silah və sursat göndərməkdə günahlandırıb. Xəbəri "Reuters" yayıb.
Separatçıların əlində olan Donetskdə yerli hava limanı yaxınlığında döyüşlər intensivləşib. 5 sentyabr atəşkəsindən sonra hökumət qüvvələri və separatçılar hər ikisi atışmanı davam etdirib. Ukraynanın separatçı bölgələrində aylarla sürən toqquşma çoxlarını ərzaq və tibbi yardımdan məhrum qoyub. Rusiya müntəzəm olaraq bölgəyə humanitar yardım göndərir. Qərbyönümlü Kiyev hökuməti isə bunu həyasızlıq adlandırıb.
"Aslanın payı" kimi göndərilən humanitar yardım qismən ərzaq formasında separatçılara çatdırılır. Bunların arasında silah, avadanlıqlar və döyüş əməliyyatları üçün lazımi vasitələr daha çox yer tutur", - Ukrayna ordusunun nümayəndəsi Andrey Lisenko televiziya çıxışında bildirib.
Sonuncu konvoy avqustun ortalarından bəri Rusiyanın göndərdiyi artıq 8-ci konvoydur. Rusiyanın "RİA" xəbər agentliyi Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, əvvəlki 7 konvoyla ümumilikdə 9500 ton ərzaq, tikinti materialları və dərman göndərilib.
"Reuters" agentliyinin Donetsk şahidləri bildiriblər ki, yerli hava limanı yaxınlığında artilleriya atəşləri eşidilib. Həmin bölgə Ukrayna ordusu və separatçıların uğrunda mübarizə apardıqları strateji nöqtədir. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir. Bu isə atəşkəsin birdəfəlik ləğv olunmasında narahatlığı artıb.
Lisenko bildirib ki, ötən sutka ərzində Ukraynanın 3 hərbi qulluqçusu və 82 yaşlı mülki şəxs öldürülüb. Onun sözlərinə görə, Ukraynanın Azov dənizindəki strateji Mariupol şəhəri yenidən separatçıların hücumuna məruz qalıb. /eunews.az


Şərhlər