Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Rusiyanın dövlət başçısı səfər çərçivəsində Atatürk mavzoleyini ziyarət edəcək.
Prezident sarayında qarşılama mərasimindən sonra V.Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş baş tutacaq.
Daha sonra liderlər Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci toplantısına sədrlik edəcəklər.
Bildirək ki, toplantıda əsasən iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət həcminin 2020-ci ildə 100 milyard dollara çatdırılması məsələsi müzakirə olunacaq.

Şərhlər