Suriya-İordaniya sərhəddində yerləşən ABŞ bazasına edilən hücum onsuz da gərgin olan İran-ABŞ münasibətlərinə krtitik həddə çatdırıb.
“AzPolitika.info” xəbər verir ki, İran tərəfi sözügedən məsələ ilə bağlı ABŞ-nin “Hücuma eyni şəkildə cavab veriləcək” şəklində açıqlamasına münasibət bildirib.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami bildirib ki, ölkələrinə qarşı heç bir təhdidi cavabsız qoymayacaqlar.
“Bu günlərdə ABŞ rəsmilərindən bəzi təhdid dolu sözlər eşidirik. Heç bir təhdidi cavabsız qoymayacağıq”,-deyə o bildirib.
SEPAH başçısı əlavə edib ki, “İran müharibə istəmir”.
Xatırladaq ki, yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumda 3 ABŞ əsgəri ölüb, 40-dan çox hərbçi isəyaralanıb. ABŞ rəsmiləri, xüsusilə də Prezident Co Bayden, hücuma görə, İranın dəstəklədiyi qrupların məsuliyyət daşıdığını və ABŞ-nin buna qarşılıq verəcəyini bildirib.
“AzPolitika.info”


Şərhlər