Menu

ABŞ-də hərbçilər senatora hücum ediblər

31.01.2024, 23:51
ABŞ-də hərbçilər senatora hücum ediblər

ABŞ-də Corciya ştatından olan senator Atlantada Hartsfild-Cekson Beynəlxalq Hava Limanında amerikalı hərbçilərin satış məqsədilə miqrantları daşıdıqları görüntülərini çəkdiyinə görə onlar tərəfindən hücuma məruz qalıb.

Qeyd olunur ki, əsgərlər 30-a yaxın kişini hava limanından aparıblar. Senator və tabeliyində olan işçilər baş verənləri lentə almağa və bir neçə sual verməyə çalışıblar, lakin onlara hücum edilib və çəkiliş aparılan kamera və ya telefon götürülüb.

“Corciya ştatının senatoru və onun işçi heyəti ötən gecə hava limanında miqrant alveri əməliyyatını üzə çıxarıb lentə aldıqları üçün ABŞ hərbçiləri tərəfindən hücuma məruz qalıblar”, - məlumatda bildirilir. (Mənbə: gazeta.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol