Menu

27 ölkəsinin müdafiə naziri Ukraynaya yardımı müzakirə ediblər

01.02.2024, 12:53
27 ölkəsinin müdafiə naziri Ukraynaya yardımı müzakirə ediblər

Çərşənbə günü Brüsseldə Avropa İttifaqının 27 ölkəsinin müdafiə nazirləri müdafiə sənayesinin Ukrayna üçün hərbi məhsulların istehsalını artırmaq imkanlarını müzakirə ediblər. Kiyev son aylarda dəfələrlə Qərb müttəfiqlərindən Rusiyayay qarşı dayanmaq üçün lazım olan hərbi yardım istəyib.

AB nazirlərin qeyri-rəsmi görüşündən əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Ukraynanın silah və sursat ehtiyatlarını artırmaq ehtiyacından danışıb. O, Ukraynanın Rusiya tərəfindən işğalının yaxınlaşan ikinci ildönümünü xatırladıb.

İki il ərzində rus artilleriyası şəhər və kəndlərə zərbələr endirir, nəticədə ölən mülki insanların sayı və dağıntıların həcmi durmadan artır. Bu arada Ukrayna qoşunları yeni təchizat çatışmazlığı səbəbindən artilleriya mərmilərinə qənaət etməyə məcburdur.

“Biz Ukraynaya davamlı dəstək verməliyik” deyən Borrell, vəziyyəti dəqiq qiymətləndirməyin vacibliyini vurğulayıb: “Harada olduğumuzu, mart ayına qədər harada olacağımızı və ilin sonuna kimi hansı məsafəni qət edəcəyimizi bilmək vacibdir”.

Çərşənbə günü Almaniya kansleri Olaf Şolz Avropanın dörd baş nazirinə qoşularaq Aİ ölkələrini Ukraynanı silah və sursatla təmin etmək səylərini artırmağa çağırıb.

Şolz, Mette Frederiksen (Danimarka), Petr Fiala (Çexiya), Kaja Kallas (Estoniya) və Mark Rutte (Hollandiya) "Financial Times"da dərc olunan birgə bəyanatda etiraf ediblər ki, Aİ Ukraynaya vəd edilən 1 milyon məri vədini hələ də təmin edə bilməyib.

“Biz qətiyyətimizi yeniləməli və lazım olduğu müddətcə Ukraynaya davamlı dəstək vermək üçün səylərimizi ikiqat artırmalıyıq”, - beş Avropa lideri bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol