Menu

Paşinyan konstitusiya referendumunu şərh edib

01.02.2024, 16:00
Paşinyan konstitusiya referendumunu şərh edib

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibə verib.

APA xəbər verir ki, Baş nazirin mətbuat katibi proqramla bağlı elanı Facebook səhifəsində yerləşdirib.

Paşinyan dərc olunan fraqmentdə konstitusiya referendumu barədə danışıb:

“Legitim yanaşam aşağıdakı kimidir: mən sizdən nə gözləyirəmsə, siz də məndən onu gözləyin. Bu gün biz həqiqətən də Müstəqillik Bəyannaməsi ilə münasibətimizi tənzimləməliyik. Bizim dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevrildiyimiz məqam - bu məqam məhz konstitusiya referendumudur”.

Xatırladaq ki, proqram bu gün saat 19:00-da İctimai Radioda və Paşinyanın şəxsi Facebook səhifəsində yayımlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol