Dünən veb-kameraları izləyəndə fərqi özüm müşahidə etdim. Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, səsvermə kabinasının içini çəkmək üçün ən az 10 kamera lazımdır:
"Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".


Şərhlər
Əhali seçki məntəqərinə gələcək,yoxsa gətiriləcək?Axı heç seçki havası hiss olunmur.Məzahit bəy necə ən azı 75 faiz seçki hüququ olanları məntəqələrə gətirəcək? Axı kamera səs vermir.
Yalançının dədəsinə ləhnət olsun!