ATƏT-in Parlament Assambleyasından (PA) olan 80-dən çox müşahidəçi fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri üçün ölkəmizə gələcək.
Bu barədə “Report”a ATƏT PA-dan məlumat verilib.
Qeyd olunub ki, bu, ATƏT PA-nın 1995-ci ildən bu yana Azərbaycanda onuncu seçki müşahidəsi olacaq.
ATƏT PA-nın müşahidəçi nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın vitse-prezidenti Daniela De Ridder (Almaniya), ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri isə İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədr müavini Artur Gerasimov (Ukrayna) olacaq.
“Biz prezident seçkilərinin demokratik prinsiplərə nə dərəcədə uyğun olduğunu, azad səsvermə prosedurlarının, ədalətli atmosferin, medianın əlçatanlığının və nəticələrin dəqiq işıqlandırılmasının təmin olunmaslna nəzarət üçün ATƏT DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, - D.De Ridder bildirib.


Şərhlər
Bunlar niyə gəlirlər?Qayıdıb xoş olmayan sözlər danışacaqlar,deyəcəklər məntəqələrdə pozuntular olub,seçki antidemokratik keçib-filan.Ondansa hazır illərdi sərhədlərimiz bağlıdı pandemiya illərlə bitmiş olsa da,gəlin aeroportlarımızı,dəmir yollarımızı,gəmiçiliyimizi də bağlayaq,heç kim gəlməsin bizə,bizdən də heç kim getməsin oralara,quş quşluğuyla keçəmməsin biz tərəflərə,rahat arın-arxayın yaşayaq,yeyək-içək xoş keçək Qiyamətəcən. İnterneti də bağlayaq ki əcaib xəbərlərlə könlümüz bulanmasın,nə bilim,guya qonşuluqda qaişnikləri rüşvət almayan Gürcüstanda baş nazir bütün komandasıynan istefa verib-filan,nəyimizə lazımdı adə,versin də istefasını,bir ölkənin ki qaişniki rüşvət almadı oranın baş naziri də elə o ağılda olar.Bir tək televiziyamız qalsın.Yatıb-durub kabab yeyə-yeyə aşıq Telliyə baxaq,bir başqası quyruq kababından yağlanmış ağzını ovcuyla silib yağlı barmaqlarıyla pultu alsın ki,mən Ayünqə baxajamma,o biri desin ayə Şəbnəmi açqınanq,Şəbnəmi,beyjə mahnı oxeyif,dinleyifmısanq oaəəə?