Menu

Xalqın əvəzolunmaz lideri!

02.02.2024, 11:34
Xalqın əvəzolunmaz lideri!

Ölkəmizin son 20 illik inkişaf tarixi müdrik, uzaq-görən, qətiyyətli şəxsiyyət, mahir idarəedici və siyasətci Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin və dövlətciliyimizin daha da möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində: iqtisadiyyatda, siyasətdə, sosial sferada hərbi sahədə böyük və davamlı uğurlar, möhtəşəm qələbələr dövrü kimi səciyyələnir. 

Məhz bu dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli dəyərlərə əsaslanan hərbi strategiyası əsasında böyük tarix zəfər əldə olunmuş, ölkəmizin ərazi bütövlüyü və suverinliyi bərpa edilmişdir. Dövlət başcımızın 20 illik fəaliyyətinin ən yüksək zirvəsi kimi qiymətləndirilən bu möhtəşəm qələbə nəticəsində xalqımızın uzun dövrdən bəri torpaq həsrəti başa çatmış, 30 il düşmən əsarətində olmuş vətən torpaqları öz sahiblərinə qovuşmuşdur.

İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün illər ərzində öz titanik əməyi və zəhməti ilə göstərmişdir ki, o, sözün həqiqi mənasında hər bir Azərbaycan vətəndaşının Prezidentidir, onun ictimai fəaliyyətinin əsas məramı və prinsipi öz xalqına, öz vətəndaşına xidmət etməkdir. 

“Prezident kimi həmişə calışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim” deyən ölkə başcımız bunu özünün ictimai fəaliyyəti ilə daim sübut etmişdir. Hazırki dövrdə ölkəmizdə birinci və ikinci Qarabağ müharibələrinin şəhid ailələrinə və qazilərinə dövlət tərəfindən göstərilən qayğı və köməklik, işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlmiş böyük qayıdışproqramının icrasına yönəlmiş sistemli tədbirlər Prezidentin bu sahədə həyata kecirdiyi məqsədyönlü tədbirlərin mühüm bir hissədir. 

O cümlədən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun mövcud potensialının bərpası və inkişafı, bu ərazilərdə müasir texnologiyalar əsasında “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası, öz doğma yurdlarına qayıdan insanlar üçün təhlükəsiz və işgüzar həyat şəraitinin yaradılması dövlət başcısı tərəfindən yaxın dövr üçün ölkə qarşısında dayanan prioritet vəzifə kimi irəli sürülmüşdür.

Məhz bu səbəbdəndir ki, vətəndaşlarımız ölkə başcısı İlham Əliyevin xalqın rifahı, ölkəmizin ərazi bütövlüyü və təhlükəsizliyi istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirir və qarşıdan gələn növbədənkənar Prezident seckilərində onu əvəzsiz lider və dövlət başcısı kimi dəstəkləmək əzmində olduğuna qəti inam yaradır.

Q.N.Manafov

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru                                 

Şərhlər

Manafova 2024-02-02 12:59:14

Manafov nə vaxrdan mədhiyyə janrında yazır?Yoxsa sifarişlidir?

Millət 2024-02-02 12:57:26

bəs Rəsulzadə,Heydər Əliyev lider deyillər?

Mubariz 2024-02-02 11:51:01

Qafarova , Fransanı Cənubi Qafqaz maraqlandırmır ,burada maraqlı tərəf Rusyadır ,o da sülhə mane olur ,Paşikin hər düzgün addımı ( referendum ,konstitusiya dəyişikliyi ) rusa ölümcül zərbədir .Ad çəkirsiz amma düzü demirsiz ,Primakovun ad günü yaxınlaşır ? Bu da məndən xatırlatma

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol